Azərbaycan  Xalq  Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir

“Azərbaycan  Xalq  Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin əmrinə və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 07.02.2018-ci il tarixli əmrinə əsasən məktəbimizdə tədbir  keçirildi.Tədbir  dahi bəstəkar Üzeyir Hacıbəyovun bəstələdiyi Azərbaycan  Xalq Cümhuriyyətinin ilk himni ilə başladı. Tarix müəlliməsi Tanqrıverdiyeva Gülnarənin şərqdə ilk demokratik  dövlət olan ADR-in yaranma tarixi haqqında verdiyi  sualları  cavablandırdıqdan sonra şagirdlər  hazırladıqları  təqdimatları nümayiş etdirdilər. Azərbaycan  Xalq Cümhuriyyəti dövründəki sosial-iqtisadi vəziyyət barədə 8 ”Ç”  sinif şagirdləri  Hüseynov Mübariz  və Ağayev Ağa,ordu quruculuğu haqqında 10 ”A” sinif şagirdi Uğuzova Lalə,xarici siyasət haqqında  8 ”B” sinif şagirdləri  Əsgəri Aydan və Qasımlı Püstəxanım,mədəni-kütləvi  tədbirlər haqqında isə 8 ”Ç” sinif şagirdi  Mövsümova Gültac və 7 ”Ç” sinif şagirdi Mövsümov Qadir  hazırladıqları prezentasiyaları  təqdim etdilər.Mövsümova Gültac bu mövzuda hazırladığı  bukletləri müəllimlərə və şagirdlərə payladılar.Sonra sənədli film nümayiş etdirildi.Tədbirin sonunda şagirdlər  “Cümhuriyyət” mahnısını ifa etdilər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi