İnşa müsabiqəsinin qalibi

10 may 2018-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda rayon ərazisində yerləşən orta ümumtəhsil məktəblərinin şagirdləri arasında inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirildi.
Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Silahlı Qüvvələrinin Kəşfiyyatçı Baş Leytenantı Kamil Musavi, orta ümumtəhsil məktəblərinin müəllim heyəti və 60 nəfər şagird iştirak edirdilər.Bu müsabiqədə məktəbimizi təmsil edən 6-cı sinif şagirdi Süleymanov İbrahim fərqləndiyinə görə Fəxri Fərmanla təltif edilmişdi.Şagirdimizi təbrik edir,ona uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi