Şuşanın işğalından 26 il ötür

Bu gün Azərbaycanın mədəniyyət beşiyi sayılan qədim Şuşa şəhərinin işğalından 26 il ötür. Azərbaycan xalqının mədəniyyətinin, əsrarəngiz musiqisinin beşiyi sayılan, tarixi Azərbaycan torpaqlarının əbədi və ayrılmaz parçası, böyük alimlərin, bəstəkarların, şairlərin vətəni olan Qarabağın paytaxtı – Şuşa şəhəri artıq iyirmi altı ildir ki, təcavüzkar Ermənistanın işğalı altındadır. Bu gün məktəbimizdə də bütün siniflərdə Şuşamız xatırlandı,bu mövzuya həsr olunmuş seminarlar təşkil olundu.3 "A" sinfində Sədaqət müəllimənin rəhbərliyi altında "Ruhumuzun beşiyi Şuşa" adlı nümunəvi dərs təşkil olundu.Dərsin sonunda şagirdlər bu mövzuda esse yazdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi