Kitabxanada görüş

Gənclərin fəal mütaliəyə cəlb olunması, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin layihəsinə əsasən dünən 9”Ç” sinif şagirdlərimiz Abdulla Şaiq adına kitabxanada keçirilən “Beynəlxalq Kitab Günü”nə həsr olunmuş tədbirdə iştirak etmişlər.Tədbiri kitabxananın direktoru açaraq, şagirdləri salamlamış “ Beynəlxalq Kitab Günü”nün yaranma tarixi haqqında məlumat vermişdir. Sonra şagirdlər Azərbaycan ədəbiyyatı və dünya ədəbiyyatı yazıçılarının yaradıcılığı haqqında maraqlı məlumatlarla tanış olmuş,diskussiyalar aparmış,şeirlərə qulaq asmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi