"Oxu həftəsi" tədbirləri davam edir

Bildiyimiz kimi, ”Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə”  BŞTİ-nin əmrinə əsasən, 19-20 aprel  tarixlərində “Oxu həftəsi” çərçivəsində məktəbdaxili tədbirlərin keçirilməsi nəzərdə tutulur.Bununla bağlı bu gün məktəbimizin 2 ”A” və  4”C” siniflərində  “Oxu həftəsi” tədbirləri həyata keçirildi.3”A” sinfində sinif rəhbəri Güləndam Quliyevanın rəhbərliyi ilə məhşur Azərbaycan yazıçısı S.S.Axundovun  “Seçilmiş əsərləri”,həmçinin “Abbas və Zeynəb”,”Nurəddin”,”Qaraca qız” kimi əsərləri  müzakirə edildi.Şagirdlər  yazıçının həyatı haqqında ətraflı məlumat verdilər.Oxuduqları hər əsərin ideyası,məzmunu,tərbiyəvi əhəmiyyəti  haqqında danışdılar,müzakirələr apardılar.

2”A”sinfinin şagirdləri isə sinif rəhbəri Orucova Qumrunun rəhbərliyi  şifahi xalq ədəbiyyatı nümunələrindən “Söz inciləri” adlı kompozisiya təşkil etmişdilər. Onlar bir-birindən gözəl şifahi xalq ədəbiyyatı nümunələrindən olan bayatılar,laylalar,tapmacalar,yanıltmaclar söylədilər. Tədbirin sonunda şagirdlər “Az danış,çox iş gör” adlı Azərbaycan nağılını səhnələşdirib nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi