"Oxu həftəsi" tədbirləri

Bildiyimiz kimi, ”Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” BŞTİ-nin əmrinə əsasən, 19-22 aprel tarixlərində “Oxu həftəsi” çərçivəsində məktəbdaxili tədbirlərin keçirilməsi nəzərdə tutulur.Bununla bağlı məktəbimizdə də bir sıra tədbirlər həyata keçirilir. Bu gün 8”B” sinfində Azərbaycan dili müəllimi Cəfərova Dilarə konfrans təşkil etdi. Şagirdlər Ə.Haqverdiyevin “Bomba” əsərini müzakirə etdilər.Onlar Haqverdiyevin həyat və yaradıcılığı haqqında danışdıqdan sonra  XX əsrin əvvəllərində Azərbaycandakı ictimai-siyasi vəziyyət barədə ətraflı məlumat verdilər. Əsərin əsas qəhrəmanlarından olan Kərbəlayi Zal obrazını təhlil etdilər,düşdüyü vəziyyətin səbəblərini aydınlaşdıraraq öz fikirlərini bildirdilər.Müzakirənin sonunda əsərin motivləri əsasında çəkilmiş filmdən bir hissəyə tamaşa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi