31 Mart Azərbaycanlıların Soyqırım Gününə həsr olunmuş seminar

Dünən məktəbimizin 6 ”C” sinfində sinif rəhbəri Hacıyeva Leylanın rəhbərliyi ilə 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş dəyirmi masa keçirildi. Müəllimə ilk öncə tədbiri açıq elan edərək, Azərbaycanlıların məruz qaldığı soyqırım haqqında ətraflı danışdı. Sonra söz  şagirdlərə verildi. Onlar 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölmələrində, eləcə də Şamaxı, Quba, Salyan, Xaçmaz və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın haqqında ətraflı danışdılar. Seminarın sonunda məktəbin direktoru Tahirə xanım Şükürova çıxış edərək, uşaqlarla maraqlı diskussiya apardı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi