"31 Mart Azərbaycanlıların Soyqırımı Günü"  ilə əlaqədar tədbir

Bu gün məktəbimizdə   tariximizin daha bir  qanlı səhifəsi olan  "31 Mart  Azərbaycanlıların Soyqırımı Günü"  ilə əlaqədar  geniş tədbir  keçirildi.Tədbir Azərbaycanın  dövlət himninin səslənməsi ilə başladı.Sonra məktəbimizin tarix müəllimi  Səlimova Gülüş çıxış etdi.O, bu hadisələrin  mahiyyəti  haqqında geniş məlumat verərək dedi ki,1918-ci ilin mart günlərindəki qırğınlar zamanı ermənilər üç gün ərzində Bakıda 12 min soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. Sonrakı günlərdə Şamaxı, Quba və digər yerlərdə on minlərlə azərbaycanlı qəddarlıqla öldürülmüş, yaşayış məntəqələri, məscidlər, mədəniyyət abidələri yerlə-yeksan edilmişdir. 1918-1920-ci illərdə Qarabağ, Qərbi Azərbaycan və digər bölgələrdə on minlərlə soydaşımız amansızlıqla öldürülmüşdür.

Sonra söz  məktəbin direktoru Tahirə xanım Şükürovaya verildi.

O demişdir ki, tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən və “dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman xalqımızı soyqırımına məruz qoymuş, havadarlarının hərtərəfli köməyi ilə əzəli torpaqlarımızı zəbt etməyi özlərinin məqsədlərinə çevirmişlər.

Lakin ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi bu cinayətlər və həyata keçirdikləri işğalçılıq siyasəti ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladığı  “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda tam əksini tapmış və bunun sayəsində soyqırımına siyasi və hüquqi qiymət vermək imkanı yaranmışdır. Ümummilli liderimiz H.Əliyevin 26 mart 1998-ci il sərəncamı ilə "31 Mart  Azərbaycanlıların Soyqırım Günü" kimi qeyd olunur. Bu gün siz şagirdlərin   də əsas vəzifələrindən biri budur ki,  sosial media vasitəsilə erməni vəhşiliyi haqqında məlumatları  dünya ictimaiyyətinə tanıdasınız.

Tədbirin sonunda 31 Mart  hadisələrini  özündə əks etdirən “Tarixin bir günü və ya bir günün tarixi adlı” sənədli film nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi