Mütaliə vərdişləri

Azərbaycan Respublikası Təhsil Naziri Mikayıl Cabbarovun "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı 16 dekabr 2014-cü il tarixli,1279 nömrəli əmrinə əsasən məktəbimizdə davamlı tədbirlər keçirilir. Dekabrın ayının 24-də məktəbimizin 5-ci sinif şagirdləri debat təşkil etmişdirlər.Tədbiri ilk olaraq məktəbin direktoru Tahirə xanım Şükürova söz verildi.Tahirə xanım Ümumilli lider Heydər Əliyev irsinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günü münasibəti təbrik edərək ona cansağlığı, xoşbəxtlik, firavanlıq, uğurlar diləyərək, ən xoş arzularını bildirərək”. sözü şagirdlərə vermişdir.5a və 5b sinifləri Koroğlu dastanın danışmış, onunla bağlı səhnələr göstərmişlər.5c sinfi isə Cəlil Məmmədquluzadənin "Quzu" hekayəsini kiçik səhnələr şəklində nümayiş etdirmişlər.5ç sinfi isə Andersonun "Snejnaya koroleva" nağılını müzakirə edib səhnələşdiriblər.Sonda məktəbin direktoru Tahirə xanım Şükürova uşaqlarla əsərlər haqqında diskusiya, sual-cavab apardı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi