Müsabiqə qaliblərimiz

23 fevral 2018-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 26 fevral - Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda Nərimanov rayon məktəbliləri arasında inşa yazı və rəsm müsabiqələrinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.Mərasimdə inşa yazı müsabiqəsində iştirak edən şagirdlərimizdən 10 ”Ç” sinif şagirdi Əzimzadə Atabəy və 8”A” sinif şagirdi Məmmədli Mələk Fəxri Fərmanla,Aslanova Nuray,İbadova Nuray,Məmmədova Gülay fərqləndiyinə görə sertifikatlarla,rəsm müsabiqəsində iştirak edən şagirdlərdən 8”A”sinif şagirdi Abışova Şərqiyyə 2-ci yeri tutduğuna görə Diplom və hədiyyə ilə,7”B”sinif şagirdi Məmmədov Nihad,3”Ç” sinif şagirdləri Zəhra Quliyeva,Ruhəngiz Əsgərova,Zəhra Şıxəliyeva,Hüseyn Nəsrəddinli və Zəhra Kosayeva Fəxri Fərmanla təltif edilmişlər.Şagirdlərimizə uğurlar arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi