Milli Qəhrəman Mübariz İbrahimovun məzarına ziyarət

 Dünən 6-cı sinif şagirdlərimiz  canından çox sevdiyi vətəni uğrunda qəhrəmancasına şəhid olan igid oğlumuz  Mübariz İbrahimovun doğum günü ərəfəsində onun məzarını ziyarətə getmişlər. Şagirdlər şəhidin məzarına tər çiçəklər düzüblər.Sinif rəhbəri  Hacıyeva Leyla  şəhid Mübariz İbrahimovun qəhrəmanlığından söz açaraq onlara deyib  ki, Mübariz işğal altında olan torpaqlarımız yolunda canından keçərək, şəhidlik zirvəsinə ucaldı.Ancaq onun həyat yolu  sizin kimi gənclərə,gələcək nəslə örnək oldu. Şagirdlər Milli Qəhrəmanın məzarı önündə and içmiş,qəhrəmanlığı,vətən sevgisini məhz bu cür qəhrəmanlardan öyrənəcəklərinə söz vermişlər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi