“20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda məktəblilər arasında inşa-yazı və rəsm müsabiqəsi

19 Yanvar 2018-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda məktəblilər arasında inşa-yazı və rəsm müsabiqələrinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərin şagirdləri iştirak etmişdilər.
Müsabiqədə iştirak edən şagirdlərimizdən 8 "A" sinif şagirdi Abışova Şərqiyyə 2-ci yerə layiq gorüldü,Fəxri Fərman,döş nişanı və hədiyyə ilə təltif edildi. 3 "Ç" sinif şagirdləri Məmmədova Ləman və Quliyeva Zəhra, 5 "Ç" sinif şagirdi Quliyev Məhəmməd,8 "A" sinif şagirdi Aslanova Nuray, 7 "B" sinif şagirdi Aslanova Aysu müsabiqədə fərqləndiklərinə görə diplomla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi