20 Yanvar

Bu gün məktəbimizdə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş geniş tədbir keçirildi.Tədbir 20 Yanvar  faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla anmaqla başladı. Sonra şagirdlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet  ordusu tərəfindən dinc əhaliyə qarşı törədilən dəhşətli, kütləvi qırğın hadisəsi haqqında ətraflı məlumat verdilər.Faciə qurbanları haqqında danışdılar,şeirlər söylədilər,kompozisiya nümayiş etdirdilər. Sonra söz məktəbin direktoru Tahirə xanım Şükürovaya verildi.Tahirə xanım 20 Yanvar hadisələrinin əsl mahiyyətini şagirdlərə çatdırmaq istəyərək söylədi ki,bu qanlı hadisənin törədilməsində əsas məqsəd  öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək  idi. Sovet  imperiyası  günahsız  insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi. Bu tarix Azərbaycanın istiqlal yolunun zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü oldu.
Tahirə xanım qeyd etdi ki,bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli  liderimiz  Heydər Əliyev olmuşdur. Belə ki, Heydər Əliyev 21 yanvar 1990-cı il tarixdə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində  keçirilən yığıncaqda çıxış edərək,  bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev hər zaman 20 Yanvar faciəsini mahiyyət etibarı ilə bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəldilmiş ən qanlı terror aktlarından biri hesab etmişdi. Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1994-cü il martın 29-da qəbul edilən qərarda  qanlı yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilmişdi.
Tədbir şagirdlərin ifasında vətənpərvərlik mahnısının ifası ilə bitmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi