Şəhidlər xiyabanına ziyarət

Yanvarın 12-də məktəbimizin müəllimləri, şagirdlər və valideynlər Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda canlarını qurban verən 20 Yanvar şəhidlərini anmaq üçün Şəhidlər Xiyabanını ziyarət ediblər. Müəllimlər şagirdlərə 20 Yanvar 1990-cı ildə baş verən hadisələr haqqında ətraflı məlumat vermiş,sovet ordusunun Azərbaycan xalqının milli azadlıq mübarizəsini silah gücünə belə boğa bilmədiyini şagirdlərə geniş izah etmişlər.
Şagirdlər də öz növbəsində həmin hadisələrdən bəhs edən şeirlər söyləyiblər. Sıra ilə şəhid məzarlarının önündən keçərək,vətən mübarizlərinin qəbrinə qərənfil və çiçək dəstələri düzüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi