Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı mühazirə

Bildiyimiz kimi, hər il  ulu öndər Heydər Əliyev irsinin dərindən öyrənilməsi məqsədi ilə  ümumtəhsil məktəblərinin 11-ci sinif  şagirdləri üçün  xüsusi  seminar- mühazirələr təşkil edilir.Dünən Nərimanov rayon R.Nəsrəddinov adına 39 nomrəli məktəb və Nərimanov rayon 93 saylı məktəbin  11-ci sinif şagirdləri üçün 200 saylı məktəb-lisey kompleksində növbəti  seminar təşkil edilmişdi.Mühazirəçi 39  nömrəli tam orta məktəbin direktoru Tahirə xanım Şükürova idi.Mühazirənin mövzusu “Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı” idi.Tahirə xanım Şükürova ümummilli  liderin keçdiyi həyat yolu haqqında geniş məlumat verib,Heydər Əliyevin hakimiyyətə qayıtdıqdan sonra öz xalqı üçün,doğma vətəni yolundakı misilsiz xidmətləri  haqqında ətraflı məlumatlar verdi,maraqlı faktlar söylədi.

Çıxışının sonunda Tahirə xanım şagirdlərə müraciət edərək söylədi:" Bu gün müstəqil və demokratik Azərbaycan dövlətində yaşadığna görə hər bir azərbycanlı H.Əliyevə borcludur.Bütün xalq yaxşı bilir ki, Azərbaycanın müstəqilliyi və onun qorunub saxlanılmas H.Əliyevin əvəzsiz xidmətidir. Mən müəlliməm.Muəllimin isə ümdə vəzifəsi gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etməkdir.Mən həmişə öz şagirdlərimə deyirəm ki,Vətəni sevməyi Heydər Əliyevdən öyrənmək lazımdır.Bizim hər birimiz Heydər Əliyev ola bilmərik.Çünki elə şəxsiyyətlər əsrlərdə bir dəfə yaranır.Ancaq onun Azərbaycan xalqına etdiyi xidmətin bir damlası qədər hər kəs öz işlədiyi sahəsdə bu xalqa xeyir verməyə çalışsa, onda həqiqətən bizim dövlətimiz daim yaşayacaq və öz xalqının çiyinləri üstündə xoşbəxt gələcəyi olacaqdır.Hər birimiz H.Əliyev kimi Azərbaycanlı olmağımızla fəxr etməliyik!
Tədbir ümummilli lider H.Əliyevə həsr olunmuş şagirdlərin hazırladığı "Mən fəxr edirəm ki,Azərbaycanlıyam!" adlı videoçarxın nümayişi ilə bitdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi