Dekabrın 11-i Məktəbimizdə xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin anım günü xüsusi olaraq qeyd edildi

Dekabrın 11-i Məktəbimizdə xalqımızın Ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Ulu Öndər Heydər Əliyevin anım günü xüsusi olaraq qeyd edildi . Tədbir ilk olaraq Azərbaycanın dövlət himnin səsləndirilməsi ilə başlanıldı.Tədbiri giriş sözü olaraq məktəbin direktoru Tahirə xanım Şükürovaya verildi.Tahirə xanım Ümummilli liderimiz Ulu Öndərimiz Heydər Əliyev haqqında onun keçdiyi mənalı ömür yolundan şagirdlərə danışaraq bu sözləri dedi:Bizim müstəqil dövlətdə, yaşamağımız,Müasir Azərbaycan dövlətinin yaranması məhz Heydər Əliyevin uğurlu siyasətinin bəhrəsidir. Heydər Əliyev bütün dünyaya Azərbaycanı tanıdan şəxsiyyət olmuşdur, ölkəmizin günü gündən inkişaf etməsini bu layiqli irsin davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev davam etdirir.Daha sonra şagirdlər Ulu Öndərimizin həyatını, keçdiyi mənalı ömür yolunu əks etdirən" Sən elə bir zirvəsən adlı" video-çarxı nümayiş etdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi