"Zərərli vərdişlərə "yox" deyək!" adlı seminar

Məktəblilərin sağlam həyat tərzinin təmin edilməsi,həmçinin onlarda zərərli vərdişlərin, narkomaniya və alkoqolizm meyllərinin qarşısının alınması məqsədilə məktəbimizdə  biologiya müəllimləri  Mirişli Adilə və Qasımova Nəhayətin təşkilatçılığı altında  "Zərərli vərdişlərə "yox" deyək!" adlı seminar keçirildi. Şagirlər siqaretin,alkoqolun,narkotiklərin zərəri barədə çıxışlar etdilər,hazırladıqları prezentasiyaları nümayiş etdirdilər. Digər zərərli vərdiş növlərindən yuxusuzluq,çox yemək,internetdən artıq dərəcədə istifadə etmək,çox danışmaq kimi vərdişlərdən də danışıb,Məhəmməd peyğəmbərin kəlamlarından,Nizami Gəncəvinin əsərlərindən parçalar səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi