Qocalar evində görüş

Dekabr ayının 4-də Azərbaycan Həmkarlar İttifaqları Konferedasiyasının Azərbaycan Respublikası Müharibə,Əmək,silahlı Qüvvələr və Hüquq Mühafizə orqanları veteranları Təşkilatı ilə fəaliyyət planına uyğun olaraq məktəb kollektivi və şagirdlər Bilgəh qəsəbəsində yerləşən “Qocalar evi”ni ziyarət ediblər.Məktəb kollektivi burada əmək və müharibə veteranları,kimsəsiz qocalarla görüşmüş onlarla həm söhbət olmuşlar.Burada onlara dövlət tərəfindən yaradılan xüsusi şəraitlə tanış olmuşlar.“Həqiqətən bu cür anaların, ataların atıldığını görmək ürəkaçıcı deyil. Qocalar evində məskunlaşanlar üçün nə qədər yaxşı şərait yaradılsa da, onların öz övladları ilə, yaxınları ilə birlikdə yaşamasını arzu edirik. Çünki dünyanın ən gözəl yeri belə onlara evlərinin və övladlarının sevgisini əvəz edə bilməz”.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi