Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyi

 

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamına əsasən Molla Pənah Vaqifin 300 illik yubileyi məktəbimizdə qeyd olunur. 
Məktəbimizin ədəbiyyat müəllimi Əsgərova Birgülün təşkilatçılığı ilə "Vaqif dühasının sirri" adlı seminar təşkil edildi. Seminarda şagirdlərimiz Azərbaycan ədəbiyyatının intibah dövrünün böyük şəxsiyyəti Molla Pənah Vaqif dühasının həyat və yaradıcılığı haqqında ətraflı məlumat verdilər.Şairin həm heca, həm əruz, həm də klassik üslubda yazılmış şeirlərindən,poemalarından parçalar səsləndirdilər,şairin sözlərinə yazılmış mahnılar ifa etdilər.
Bundan başqa,məktəbimizdə noyabr-dekabr ayı ərzində Molla Pənah Vaqifin 300 illik yubileyi münasibətilə şeir müsabiqəsi də keçirildi və qaliblər diplomla mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi