Ümummilli liderimiz Heydər Əliyevin anım günü

Bu gün məktəbimizdə Ümummilli liderimiz, müasir Azərbaycanımızın qurucusu və əvəzolunmaz siyasətçi Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi. Tədbirdə məktəbin pedaqoji heyəti və şagirdlər  iştirak edirdilər.
Mərasim ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlandı. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tahirə xanım Şükürova çıxış edərək,ulu öndərin tarix boyu qoyduğu izdən, onun  siyasi fəaliyyəti və quruculuq işlərindən danışdı. Xüsusi olaraq vurğuladı ki,Azərbaycanın bugünki müstəqilliyi və qüdrəti məhz ulu öndər Heydər Əliyevin siyasəti sayəsində mümkün olub: "Azərbaycan bu gün böyük dövlətlər arasında özünə yer tutmuş, qüdrətli, güclü bir dövlətə çevrilib və bu gün hər bir azərbaycanlı həqiqətən də Azərbaycan Respublikasının vətəndaşı olmağı ilə fəxr edir və öz dövləti ilə qürur duyur. Bu qürurun da əsasını qoyan ulu öndər Heydər Əliyevdir. Bu gün də ulu öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan sürətlə inkişaf edir. Heydər Əliyev ideyaları bu gün də yaşayır, Azərbaycan dövlətinin inkişafına və qüdrətlənməsinə xidmət edir."
Tədbirdə şagirdlər  Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən prezentasiyalar ilə çıxış etdilər. Dahi şəxsiyyətə həsr olunmuş şeirlər və poemalardan  parçalar söylədilər.
Bundan başqa "H.Əliyev Müstəqil Azərbaycanın qurucusudur" adlı məktəbimizdə keçirilən inşa yazı müsabiqəsinin qalibləri öz inşalarını oxudular.Tədbirin sonunda Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən "Dahi şəxsiyyət" adlı sənədli film nümayiş etdirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi