Yazıçı,şair Musa Urudla görüş

Artıq bir neçə ildir ki, şagirdlərdə mütaliə vərdişlərinin inkişaf etditilməsi məqsədilə məktəbimizdə görkəmli şair və yazıçılarlın əsərləri oxunur və müəlliflərlə göruşlər təşkil edilir.Yazıçı Aqil Abbasın "Dolu" əsəri ,Zakir Fəxrinin "Yaza və yoza bilmədiyim yuxu" əsəri ,Günel Anarqızının "Keçmişə sarı" əsəri və digər görkəmli yazıçılarıın əsərləri oxunmuş, şagirdlərlə müzakirə edilmiş və müəlliflərlə görüş təşkil edilmişdir. 
Budəfəki görüşümüz Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin üzvü,millət vəkili,şair Musa Urud oldu.Musa Urudun Ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə həsr etdiyi "Vətən and yerimiz" və "Zəngəzur" əsərlərinin,həmçinin "Uruda iki səfər","Hər nə varsa" əsərləri oxundu və şagirdlərlə birgə müzakirə edildi.Tədbir Azərbaycanın Dövlət himnin səslənməsi ilə başlandı.Sonra söz məktəbin direktoru Tahirə xanım Şükürovaya verildi. Tahirə xanım gələn qonaqları salamladıqdan sonra qeyd etdi ki,Musa Urudunun tarixi keçmişimizi,təkzibolunmaz faktları özündə əks etdirən əsərlərini yetişməkdə olan gəncliyə təbliğ eləmək bizim öhdəmizə düşür.Ulu öndərimiz H.Əliyevin dediyi kimi "Tarix böyükdür.Bu əsrdə olan hadisələr,sonrakı əsrlərdə dəyişilə bilər.Biz sadəcə bu həqiqətləri bu əsərlərdə əks etdirməliyik.Ancaq nə vaxt,nə mümkün olacaq-bunu tarix göstərəcəkdir.Bunun üçün də əsaslı,elmi,fundamental,populyar əsərlər yaranmalıdır.Bundan sonra da elə əsərlər yaranmalıdır ki,o əsərlər Ermənistanda yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daimi,ardıcıl surətdə sübut etsin.Biz bunu etməliyik,gələcək nəsillərə yol açmalıyıq".
Sonra şagirdlər şairin əsərlərindən parçalar söylədilər,vətəni tərənnüm edən mahnı və rəqslər ifa etdilər.Tədbirin sonunda söz Musa Uruda verildi.Müəllif şagirdlərin hazırladığı sualları cavablandırdıqdan sonra ona göstərilən bu diqqətə görə məktəb rəhbərliyinə,kollektivə və şagirdlərə təşəkkürünü bildirdi.Müasir Azərbaycan təhsilinin necə inkişaf etdiyini məhz bu məktəbin timsalında gördüyünü qeyd etdi.Şagirdlərin çıxışlarından,xüsusilə kiçik yaşlı məktəblilərin müəllifin təbiətə həsr olunmuş şeirlərini söyləmələlərindən təsirləndiyini qeyd etdi.
Tədbirdə Nərimanov rayon Yeni Azərbaycan Partiyasının sədri Təhmraz Tağıyev,Yeni Azərbaycan Partiyasının fəal üzvlərindən olan Aydın Heydərov ,Nərimanov rayon İcra hakimiyyətinin nümayəndəsi Gülşən Yaqubova,respublikanın xalq artisti Münəvvər Əliyeva və digər qonaqlar iştirak edirdi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi