Məmməd Səid Ordubadinin ev muzeyinə ekskursiya

Azərbaycanın məhşur,tarixi şəxslərinin həyat və yaradıcılığını dərindən öyrənmək məqsədilə mütəmadi olaraq şagirdlərimizin muzey və tarixi abidələrə ekskursiyaları təşkil edilir. Dünən məktəbimizin bir qrup şagirdi Azərbaycanın görkəmli tarixi şəxsiyyəti, nasir, şair, dramaturq, jurnalist, tərcüməçi Məmməd Səid Ordubadinin ev muzeyinə ekskursiya getdilər. Şagirdlər muzey əməkdaşlarının məlumatları əsasında öyrəndilər ki, muzeyin fondunda 2000-ə yaxın eksponat toplanmışdır. Onlardan 300-ü muzeyin ekspozisiyasında nümayiş etdirilir. Ekspozisiya ümumi sahəsi 60 m² olan iki otaqda yerləşir.Yazıçının həm iş, həm də qonaq otağı olmuş birinci otaqda, məişət əşyaları, mebel, o cümlədən, arxasında məşhur tarixi romanlarını qələmə aldığı yazı masası, fotoşəkillər, qrafika və yağlı boya ilə işlənmiş rəsm əsərləri, kitablar toplanmışdır. Otağın görünüşü, ədibin həyatının son dəqiələrində olduğui kimi qorunub saxlanmışdır.İkinci otaq, M.S.Ordubadinin bütün yaradıcılığını əks etdirir. Burada ədibin XX əsrin əvvələrindən bəri nəşr edilmiş kitabları, əlyazmaları, işələdiyi qəzet və jurnalların nümunələri nümayiş etdirilir.Şagirdlər muzeydə həmçinin, yazıçının Naxçıvanda anadan olduğu evin maketi ilə də tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi