Bülbülün ev muzeyinə ekskursiya

           Azərbaycan Respublikası təhsil Naziri M.Cabbarovun "Bülbülün 120 illik yubileyi"nin qeyd olunması ilə bağlı əmrinə əsasən noyabrın 29-da R.Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbin tarix müəllimi Babayeva Zəhranın rəhbərliyi ilə 5 ”B” sinif şagirdləri tanınmış Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti, ictimai xadim, professor Bülbülün ev-muzeyində oldular. Muzeylə ətraflı tanışlıqdan sonra öyrəndilər ki, muzey 1976-cı ildə Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmışdı. Bu mənzildə Bülbül 1937-ci ildən ömrünün son günlərinədək, yaşayıb yaratmışdır. Muzey 4 ekspozisiya otağında yerləşdirilmişdir. 3 otaq xatirə kimi saxlanmışdır, biri isə sərgi otağıdır. Muzeydə Bülbülün yaradıcı, elmi-tədqiqi, pedaqoji, ictimai fəaliyyəti haqqında sənəd və materiallar toplanmışdır. Onların arasında əsli əlyazmalar, qramofon valları, fotoşəkillər, notlar, kitablar, məişət əşyaları, incəsənət əsərləri və şəxsi əşyalar vardır. Bütün bunlar şagirdlərin xeyli marağına səbəb olmuş və muzeydə xatirə şəkilləri çəkdirmişlər.Sonda muzey əməkdaşları şagirdlərimizə "Bülbül bütün zamanların nəğməkarı" adlı kitab hədiyyə etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi