"Adın qürurumdur,Milli Qəhrəman!" adlı tədbir

Dünən Milli Azərbaycan Tarixi muzeyində Azərbaycanın Milli Qəhrəmanı Rafiq Nəsrəddinova həsr olunmuş "Adın qürurumdur,Milli Qəhrəman!" adlı tədbir keçirildi.Tədbiri giriş sözü ilə məktəbin direktoru Tahirə xanım Şükürova açaraq qonaqları salamladı.Qeyd elədi ki,artıq 2 ildir ki, məktəbimiz Milli Azərbaycan Tarixi muzeyi ilə tərəfdaşlıq edərək muzeydə Milli Qəhrəmanlara həsr olunmuş tədbirlər keçirir.Belə tədbirlərin təşkili şagirdlərdə vətənpərvərlik hissinin inkişafına xidmət edir.Bu qəhrəmanları tanıdıb təbliğ etmək,gələcək nəsillərə ötürmək bizim öhdəmizə düşür ki,gənc nəslin mübarizə əzmi daha da qüvvətlənsin.Çünki onların həyatı gənclərimiz üçün örnəkdir,dərsdir!Sonra Tahirə xanım Şükürova sözü muzeyin direktoru,akademik Nailə Vəlixanlıya verdi.Nailə xanım zala müraciət edərək Milli Qəhrəmanın xatirəsini bir dəqiqəlik sükutla yad etdi və Milli Qəhrəman haqqında öz ürək sözlərini söylədi.
Tədbirdə şagirdlər Milli Qəhrəman Rafiq Nəsrəddinovun həyatı haqqında geniş məlumat verdilər.Onun həyatını əks etdirən slaydlar nümayiş etdirdilər.Tədbrin sonunda şagirdlər tərəfindən hazırlanmış,məktəbimizdə Milli Qəhrəmana həsr olunmuş tədbirləri əks etdirən qısametrajlı film nümayiş etdirildi.Tədbir şagirdlərin ifasında rəqslə bitdi.
Tədbirdə BŞTİ-nin nümayəndələri Afiq Əzizov və Fuad Əsgərov, Milli Qəhrəmanlar cəmiyyətinin üzvü,Milli Qəhrəman Rövşən Əliyevin bacısı Fəranə Əliyeva,qəhrəmanın döyüş yoldaşı Çingiz Əliyev və qəhrəmanın qızları çıxış
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi