Milli Qəhrəman Rafiq Nəsrəddinov haqqında "Şəhidliyin zirvəsi" adlı sənədli filminin təqdimatı

24noyabr Bakı Şəhəri İcra Hakimiyyətinin aparatının Kino Xidməti İdarəsinin Milli Qəhrəman Rafiq Nəsrəddinov haqqında "Şəhidliyin zirvəsi" adlı sənədli filminin təqdimatı mərasimi keçirilmişdir.Tədbir ilk olaraq Milli Qəhrəmanın xatirəsini bir dəqiqəlik sükütla yad etməklə başlanıldı.Daha sonra giriş sözü olaraq məktəbimizin direktoru Tahirə xanım Şükürovaya verildi.Tahirə xanım çıxışında Milli Qəhrəmanın keçdiyi ömür yolundan geniş söz söz açaraq bildirmişdir ki, vətən yolunda canını qurban verən hər bir qəhrəmanın həyatı bu günkü gənclər üçün örnəkdir.Tədbirdə Rafiq Nəsrəddinovun qardaşı Mehdi Nəsrəddinov,həyat yoldaşı Sevil Nəsrəddinova,qızları Aynur və Nərgiz Nəsrəddinovalar,Ombudsman Aparatının əməkdaşı Fəzail Həsənov,Bakı Şəhəri İcra Hakimiyyəti aparatı Kino Xidmətinin rəisi Gültəkin Nəriman və digər dəyərli qonaqlar iştirak etmişlər.Tədbirdə məktəbin 11ci sinif şagirdi Fərid Müslümün Milli Qəhrəmana həsr etdiyi şeiri,Nigar Salmanlının ifasında Çırpınırdı Qara dəniz mahnısını,şagirdlərin hazırladığı fləş mobu ifa etdilər.Sonra şagirdlərə Milli Qəhrəman Rafiq Nəsrəddinov haqqında rejissoru Könül Kərimovanın lentə aldığı "Şəhidliyin zirvəsi" adlı sənədli filminin təqdim edilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi