Dövlət Bayrağı Günü münasibəti ilə konfrans

8 noyabr 2017-ci il tarixdə məktəbimizin tarix müəllimi Abdullayeva Lalə 9 "A" sinfində 9 Noyabr-Dövlət Bayrağı Günü münasibəti ilə geniş konfrans təşkil etdi.Konfrans Azərbaycan dövlət himninin səslənməsi ilə başladı.Sonra şagirdlər Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında geniş məlumat verdilər.Şagirdlərin uşaqlar arasında dövlət rəmzləri haqqında apardığı sorğunun nəticələri müzakirə olundu.Şagirdlər qədim Azərbaycan dövlətlərinin,xanlıqlarının bayraqları və müstəqil Azərbaycan Respublikasının bayrağının tarixi keçmişi haqqında müxtəlif məlumatlar verdilər.Ümumtürk mənşəli "bayraq" sözünün tarixindən danışdılar.Tədbirdə məktəbin direktoru Tahirə xanım Şükürova bayram münasibəti ilə şagirdləri və konfransda iştirak edən müəllimləri təbrik edərək "Təhsildə keyfiyyət ili" çərçivəsində tədrisin keyfiyyətini artırmaq məqsədi ilə, gənclərin vətənpəvərlik tərbiyəsinin formalaşmasında bu cür tədbirlərinn böyük rolu olduğunu vurğuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi