Metodbirləşmə rəhbərləri ilə görüş.

Bildiyimiz kimi 2017-2018-ci tədris ili üzrə “Məktəb seminarları”nın növbəti sessiyaları Nərimanov rayonunun ümumi təhsil məktəblərini əhatə etdi. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunan seminarda ümumi təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, səmərəli idarəetmənin rolunun artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, yeni layihələrin icrası, təmayülləşmənin tətbiqi, müəllim-şagird-valideyn münasibətlərinin vəziyyəti məsələlərinə toxunuldu. Deyilənləri məktəbimizdə geniş formada müzakirə etmək məqsədilə məktəbin direktoru Tahirə xanım Şükürova direktoryanı müşavirə təşkil etdi.Hər metodbirləşmə rəhbəri və fənn müəllimləri ilə birgə fikir mübadiləsi aparıldı. Müəllimlərin peşəkar inkişafı, tədris prosesinin düzgün və səmərəli qurulmasında müəllimin rolu, məktəbdaxili qiymətləndirmə və digər məsələlər barədə müzakirələr aparıldı. Qərara alındı ki, “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində məqsədimiz təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək olacaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi