18 oktyabr-Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günüdür.

Bu gün məktəbimizdə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinə həsr olunmuş tədbir keçirildi.Şagirdlər tədbiri ilk öncə Ümummilli Liderimiz Heydər Əliyevin sözləri ilə açdılar.”Müstəqilliyin əldə olunması nə qədər çətindirsə,onun saxlanması,daimi və əbədi olması bundan da çətindir!”Sonra Ulu öndər Heydər Əliyevin Azərbaycanın Dövlət Müstəqilliyi haqqında fikirlərini əks etdirən slayd nümayiş etdirildi.Məktəbimizin tarix müəllimləri Səlimova Gülüş və Tanqrıverdiyeva Gülnarənin Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini əldə edənə qədər keçdiyi çətin yollardan danışaraq şagirdləri maarifləndirdilər.Sonra söz məktəbin direktoru Tahirə xanım Şükürovaya verildi.Tahirə xanım çıxışında dedi ki, Dövlət Müstəqilliyi haqqında konstitusiya aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli lider Heydər Əliyevin xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdışından sonra əldə etmişdir. Məhz Ümummilli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı.1918-ci ildə olduğu kimi müstəqilliyimizin beşikdə boğulmasının qarşısını aldı. Ulu öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi , mənəvi və psixoloji gərginliyi aradan qaldırdı. Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi.Bu gün H.Əliyev irsinin davamçısı ,ölkə prezidentimizin məqsədyönlü siyasəti nəticəsində ölkəmiz günü-gündən inkişaf edir,irəliləyir.Siz şagirdlər, müstəqil Azərbaycanın qədrini bilməli və müstəqilliyin böyük bir nemət olduğunu başa düşməlisiniz.Sosial media vasitəsi ilə bütün dünyada öz yaşıdlarınıza müstəqil respublikada yaşamağın necə şirin nemət olduğunu çatdırmalısınız..Qoy müstəqil Azərbaycanımızın bayrağı tezliklə Qarabağda, Şuşada dalğalansın!Tədbir şagirdlərimiz İsmayılova Lamiyə və Mordakova Annanın ifasında dahi M.Maqomayevin repertuarından “Azərbaycan” mahnısı ilə bitdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi