İngilis dili müəllimi Ləzgiyeva Svetlananın kitabının təqdimetmə mərasimi.

28.09.2017-ci il tarixdə Bakı İdman Sarayının mətbuat zalında keçirilən "Uşaq ədəbiiyyatında irsimizin rolu" adlı konfransda məktəbimizin ingilis dili müəllimi Ləzgiyeva Svetlananın kitabının təqdimetmə mərasimi keçirildi.Svetlana müəllimə uşaq yazıçısı Solmaz Amanovanın "İlmənin macəraları" adlı nağıllar toplusunu ingilis dilinə tərcümə etmiş və həmin əsərin elektron variantını səsləndirmişdi.Sonra kitabı redaktə edib,nəşr etdirmişdir.Bu kitab bəzi məktəblərin ibtidai siniflərdə dərslik kimi də istifadə olunur.Qeyd edirik ki,müəllif L.Svetlana Azərbaycan bədii irsinin təbliğinə görə Avropa Təbiət Elmləri Akademiyasının fəxri üzvü seçilmişdir.Müəlliməmizə gələcək işlərində uğurlar arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi