Şagirdlərimizin FHN- nin Nərimanov rayon Yanğınsöndürmə xidmətinə ekskursiyası

Dünən məktəbimizin 6 "C" sinif şagirdləri sinif rəhbəri Leyla Hacıyevanın təşəbbüsü ilə FHN- nin Nərimanov rayon Yanğınsöndürmə xidmətinə ekskursiyaya getmişdilər.Maarifləndirici, eyni zamanda əyləncəli ekskursiyada şagirdlərimiz yanğınsöndürmə xidmətinn inzibati binasını, işçi otaqları gəzib,onların iş şəraiti ilə tanış oldular. İşçi geyimləri, yanğınsöndürmə vasitələri haqda ətraflı məlumat alıb, müxtəlif maşın növləri və onların funksiyaları ilə tanış oldular. Xüsusi təyinatlı, motosikletli çevik yanğınsöndürmə işçisi şagirdlərin xüsusi diqqətini cəlb etdi. Yaratdığı şəraitə, göstərdiyi köməyə görə FHN-nin Nərimanov rayon Yanğınsöndürmə xidmətinin işçilərinə dərin təşəkkürümüzü bildiririk.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi