Azərbaycanı tanıyaq» adlı bilik yarışması

26 sentyabr 2017-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 5.2.6 bəndinin icra etmək məqsədilə Nərimanov rayon məktəbliləri arasında «Azərbaycanı tanıyaq» adlı bilik yarışması keçirildi..Bilik yarışının keçirilməsində məqsəd Vətən tarixinin dərindən öyrənilməsi, gənclərin elm və yaradıcılıq potensialının nümayiş etdirilməsi üçün əlverişli şəraitin yaradılması, eyni zamanda istedadlı və potensiallı gəncləri müəyyən etmək və gələcəkdə onların potensialını inkişaf etdirmək yolunda mühüm addımların atılmasından ibarətdir. Yarış iştirakçıları Azərbaycan mədəniyyəti, tarixi, coğrafiyası və məntiq üzrə biliklərini sınadılar. Yarışda rayon ərazisində yerləşən 21 orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak edirdi.Bizim məktəbimizi həmin yarışmada 9-cu sinif şagirdi K.Murad təmsil edərək yarışmada fərqləndiyinə görə Fəxri Fərmanla təltif edilmişdi.Şagirdimizi təbrik edir ona uğurlar arzulayırıq !
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi