"Bilik günü"

Bu gün R.Nəsrəddinov adina 39 nömrəli tam orta məktəbdə 15 sentyabr "Bilik günü "münasibətilə tədbir keçirildi.Tədbirdə Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəzakət xanım, veteran müəlliməmiz Sevil İsrafilova və valideynlər iştirak edirdi.Tədbiri giriş sözü ilə məktəbin direktoru Tahirə xanım Şükürova açıb şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik etdi.Tahirə xanım çıxışında bu gün cəbhə bölgəsi olan Cocuqmərcanlıdakı quruculuq işləırindən danışaraq qeyd etdi ki,digər işğal altında olan torpaqlarımızda da "Bilik günü "nü qeyd edəcəyimiz gün uzaqda deyil. Sonra söz Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəzakət xanıma verildi.Nəzakət xanım məktəbin pedaqoji kollektivini və şagirdləri Bilik günü münasibətilə təbrik edərək,onlara uğurlar arzuladı.Sonra söz birincilərə verildi.Birincilərin çıxışından sonra yeni dərs ilinin ilk zəngi çalındı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi