Məktəbdə "Təmizlik həftəsi"

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində müxtəlif ekoloji layihələr həyata keçirilir. Həmin layihələrdən biri də “Ekoloji aylıqlar” layihəsidir. 2016-2017-ci tədris ilinin iyun ayı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki bütün ümumi təhsil məktəblərində “Tullantıdan incəsənətə” mövzusu ətrafında araşdırma, fəaliyyət və müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsi planlaşdırılmışdır. Bununla əlaqədar məktəbin 2 "C" sinfi "Təmizlik həftəsi" elan etmişdir. Şagirdlər bu məqsədlə həftə ərzində ibtidai siniflərdən lazımsız kağızları yığaraq təkrar istifadəyə vermək üçün lazımi yerlərə çatdırmaq qərarı verdilər. Beləliklə, aylıq çərçivəsində həyata keçirilən "Təmizlik həftə"sində məktəb tullantılardan təmizləndi, kağızlar isə yenidən istifadə üçün təhvil verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi