"Narkomaniya bəşərin bəlası" adlı tədbir

Bu gün məktəbimizdə Nərimanov Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Nəriman İmanov, Nərimanov Rayon Polis İdarəsinin Veteranlar Şurasının sədri Paşa Kərimov,Nərimanov Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanların işi üzrə bölmənin rəisi polis mayoru Rüstəm Rüstəmov və bölmənin diğər əməkdaşlarının iştirakı ilə "Narkomaniya bəşərin bəlası" adlı tədbir keçirildi.Tədbirdə ilk öncə "Narkomaniya bəşərin bəlası"adlı film nümayiş etdirildi.Filmdən sonra Nərimanov RPİ-nin rəisi polis polkovniki Nəriman İmanov çıxış edərək dedi ki, bu bəlanın hal-hazırda bütün dünyada yayılmasına baxmayaraq,ölkəmizdə bu problemin intensiv olaraq qarşısı alınmaqdadır.Bu gün şagirdlər arasında bu təbliğatın aparılması biz hüquq mühafizə orqanı işçilərinin və müəllimlərin üzrinə düşür.Biz mütəmadi olaraq şagirdlər arasında təbliğat aparmalı,onları zərərli vərdişlərdən yayındırmalıyıq.Polis rəisi bu bəla haqqında şagirdlərdə ətraflı təsəvvür yaradaraq geniş çıxış etdi.Sonra Nərimanov RPİ-nin Veteranlar Şurasının sədri Paşa Kərimov çıxış edərək bu günkü gənclərə bu bəladan həm uzaq durmağı tövsiyyə etdi,həm də ətrafınızda belə bir halların olduğu vəziyyətdə dərhal polis şöbələrinə məlumat verməyi tövsiyyə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi