"Xalq qəhrəmanları ilə tanınır" adlı tədbirdə öz çıxışı ilə fərqlənən şagirdlərimiz

Bildiyimiz kimi may ayının 17-də R.Nəsrəddinov adına 39 nömrəli tam orta məktəb və Milli Azərbaycan Tarixi Muzeyi ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürovun anadan olmasının 65-ci ildönümü münasibəti ilə muzeydə "Xalq qəhrəmanları ilə tanınır" adlı tədbir keçirildi.Həmin tədbirdə iştirak edən qonaqlardan Nazirlər Kabinetinin nümayəndəsi Qurban Sadıqov şagirdlərimizin çıxışını bəyənərək onlardan bir neçəsinin Fəxri Fərmanla təltif edəcəyini bildirdi.Onun təşəbbüsü ilə dünən Gəncliyə Yardım Fondunun nümayəndələri məktəbimizə gələrək "Xalq qəhrəmanları ilə tanınır" adlı tədbirdə öz çıxışı ilə fərqləndiyinə görə məktəbin 6-cı sinif şagirdi Tarverdiyeva Ləman Fuad qızı və 7-ci sinif şagirdi Quliyev Vüqar Zəfər oğlunu Gəncliyə Yardım Fondu tərəfindən Fəxri Fərman və pul ilə mükafatlandırdılar.Məktəbimiz adından Gəncliyə Yardım Fonduna öz təşəkkürümüzü bildiririk.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi