''Ən yaxşı dərs" layihəsi

Bildiyimiz kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsi nəzdində yaradılmış Təlimə Dəstək Mərkəzi bu ilin aprel ayından başlayaraq Bakı şəhərində yerləşən təhsil müəssisələrində “Ən yaxşı dərs” layihəsi həyata keçirir. Məqsəd uğurlu nəticələr əldə etmiş məktəblərin fənn müəllimlərinin qabaqcıl iş təcrübəsinin izlənməsi və təbliğidir. Bu layihə məktəbimizdə 19 may 2017-ci il tarixində reallaşdı. Açıq dərslərdə iştirak etmək üçün məktəbimizə müxtəlif təhsil müəssisələrindən 35 nəfər müəllim, Təlimə Dəstək Mərkəzinin rəhbəri Samirə xanım Bektaşi və mərkəzin metodistləri gəlmişdi.Məktəbimizə gələn metodist və mütəxəssislərə müəllimlərimiz tərəfindən 4 fəndən 8 sinifdə açıq dərslər təqdim edildi. Məktəbimizin azərbaycan dili və ədəbiyyat müəllimləri Cəfərova Dilarə 10b sinfində azərbaycan dili, Zeynalova Gülarə 9a sinfində ədəbiyyat dərsi,ingilis dili müəllimləri Rəhimova İradə 9a, Ləzgiyeva Svetlana 10a sinfində ingilis dili dərsi, tarix müəllimləri Abdullayeva Lalə 9ç, Tanqrıverdiyeva Gülnarə 6ç sinfində tarix dərsi, rus dili və ədəbiyyat müəllimləri Orucəliyeva Esmiralda 5ç sinfində ədəbiyyat,Qarayeva Gözəl 8ç sinfində rus dili dərsi keçdilər. Dərslərin izlənməsindən sonra dəyirmi masa ətrafında məktəbin rəhbərliyi, dərsləri dinlənən müəllimlər və mütəxəssislər tərəfindən açıq dərslərin müzakirəsi və təhlili keçirildi. Müzakirələr həm müəllimlər, həm də qonaqlar üçün səmərəli diskussiya şəklində keçdi.Mərkəzin rəhbəri Samirə xanım müzakirələrdə çıxış edərək dərslərimizdən razı qaldığını,həmçinin müəllimlərimizə lazımi tövsiyələrini verdi. Məktəbimizin direktoru Tahirə xanım Şükürova da çıxış edərək bu faydalı layihənin vacibliyini vurğuladı, görülən işləri dəstəklədiyini qeyd etdi. Həm müəllimlərə, həm də Təhsilə Dəstək Mərkəzinin rəhbərliyinə və mütəxəsisslərinə təhsilimiz naminə gördükləri gözəl işlərdə uğular arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi