“Xalq qəhrəmanları ilə tanınır” adlı ədəbi-bədii kompozisiya

Mayın 17-də Nərimanov rayon R. Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbin şagirdlərinin təqdimatında Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın Milli Qəhrəmanı Şahlar Əvəz oğlu Şükürovovun xatirəsinə həsr olunmuş “Xalq qəhrəmanları ilə tanınır” adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başladı. Sonra tədbiri giriş sözü ilə məktəbin direktor müavini Könül Rəhimova açaraq, gələn qonaqları salamladı və muzeyin rəhbərliyinə , akademik Nailə xanım Vəlixanlıya bizimlə əməkdaşlıq etdiyinə görə öz təşəkkürünü bildirdi. Könül müəllimə tədbirin məqsədindən danışaraq dedi ki, Ümummilli liderimiz Heydər Əliyev demişdir ki, “Vətən yolunda canlarını qurban vermiş, şəhid olmuş Milli qəhrəmanlarımızın həyatı, onların qəhrəmanlığı bütün xalqımız üçün, xüsusən gənclərimiz üçün örnəkdir, dərsdir!” Bizim tədbirin də əsas məqsədi Milli qəhrəmanları tanıdıb təbliğ etmək, gələcək nəsillərə ötürməkdir ki, gənc nəslin mübarizə əzmi daha da qüvvətlənsin. Bu yaxınlarda Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürovun bacısı,məktəbimizin direktoru Tahirə xanım Şükürova ailəsi adından Azərbaycan Milli Tarix Muzeyinə müraciət edərək Milli qəhrəmana məxsus “Qızıl ulduz” medalını muzeyə hədiyyə etmək qərarına gəldiklərini bildirmişdi.Bir məktəb olaraq biz, Nərimanov rayonu 39 nömrəli məktəb Milli Tarix Muzeyi ilə tərəfdaşlıq edərək Milli qəhrəmanın anadan olmasının 65-ci il dönümündə onun xatirəsini anmaq məqsədilə “Xalq Qəhrəmanları ilə tanınır” adlı tədbiri məhz bu muzeydə keçirməyi qərara aldıq.Muzey rəhbərliyinə təşəkkürümüzü bildiririk ki,bizimlə əməkdaşlıq etməyə razı oldular.Sonra söz şagirdlərə verildi.Tədbirdə Milli qəhrəmanın həyatı, keçdiyi döyüş yolu haqqında geniş məlumat verildi. Atasının, digər ailə üzvlərinin iştirakı, çıxışları ilə çəkilmiş videoçarxlar, şagirdlərin ifasında şeirlər, kompozisiyalar, səhnələr nümayiş etdirildi. Tədbirdə həmçinin, Azərbaycanın sevilən müğənnilərindən Kamil Cəfərov və saz ustaları da çıxış etdilər. Tədbirdə muzeyin direktoru Akademik Nailə Vəlixanlı çıxış edərək dedi ki, vətən yolunda canlarını qurban vermiş Vətən oğullarının xatirəsini hər zaman əziz tutmaq bizim borcumuzdur. Çıxışının sonunda Nailə xanım Milli Qəhrəmanın həyat yoldaşı Elmira xanıma və digər yaxınlarına səbr dilədi.Sonra Milli Qəhrəmanin oğlu Polis kapitanı Sənan Şükürov çıxış edərək atasının xatirəsini hörmətlə anan hər kəsə öz təşəkkürünü bildirdi və Milli Qəhrəmana məxsus “Qızı ulduz” medalını muzeyə bağışladı. Tədbirin sonunda Milli Qəhrəmanın qardaşı Azərbaycan Tibb Universitetinin II Cərrahi Xəstəliklər Kafedrasinin dosenti, tibb elmləri namizədi Malik Şükürov çıxış edərək bu cür tədbirlərin şagirdlərdə vətənpərvərlik və qəhrəmanlıq hisslərinin aşılanmasında nə qədər vacib olduğunu vurğuladı. Çıxışının sonunda Malik Şükürov bu tədbirin təşkilində zəhməti olan hər kəsə öz dərin təşəkkürünü bildirdi. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun müdiri Afiq Əzizov, BŞTİ-nin Ümumi təhsil sektorunun məsləhətçisi Xalidə xanım İbrahimova, BŞTİ-nin Təhsilə dəstək şöbəsinin nümayəndəsi Tahirə xanım və Roza xanım ,Kəlbəcər ziyalılarından Nazirlər Kabinetinin şöbə müdiri Qurban Sadıqov və Kəlbəcərin digər sayılıb seçilən ziyalıları,Nərimanov rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Telman Mustafayev, Milli qəhrəmanın yaxınları və ailə üzvləri, Milli Azərbaycan Tarixi Muzeyinin nümayəndələri, 39 nömrəli məktəbin müəllim və şagirdləri, KİV nümayəndələri iştirakı edirdi.Tədbiri məktəbin ingilis dili müəllimləri Həsənova Gülnarə və İbrahimova Günel hazırlamışdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi