Ümummilli lider,Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir

Bu gün məktəbimizdə Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider,Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbir ilk olaraq Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlandı.Sonra məktəbin direktoru Tahirə xanım Şükürova Ulu Öndər Heydər Əliyevin keçdiyi mənalı ömür yolundan şagirdlərə danışaraq dedi ki,Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti sayəsində daima ölkəmizin nüfuzunu artırmış, onun hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdi. XX və XXI əsrin görkəmli siyasətçilərindən və dövlət xadimlərindən biri olan Heydər Əliyevin ibrətamiz həyatı və heyrətamiz siyasi fəaliyyəti gələcək yüzilliklərdə hələ neçə-neçə siyasət adamına istiqamət verəcəkdir.Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı Ulu Öndərimizin layiqli, siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Daha sonra şagirdlərin ifasında Ulu Öndərə həsr olunmuş şeirlər,mahnılar səsləndi,onun həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi