“Sağlam həyat tərzi” aylığı

2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini ”Təhsili Dəyərə Çevirək” devizi altında həyata keçirir.Bu məqsədlə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində müxtəlif Ekoloji layihələrin həyata keçirilməsi planlaşdırılmışdır. Keçirilməsi nəzərdə tutulan layihələrdən biri də “Ekoloji aylıqlar” layihəsidir. Layihə çərçivəsində 2016-2017-ci tədris ilinin may ayı “Sağlam həyat tərzi” aylığıdır.Dünən məktəbimizdə biologiya müəllimlərinin təşəbbüsü ilə dəyirmi masa- seminar təşkil edildi..3 sinfin iştirakı ilə keçən seminarda şagirdlər maraqlı təqdimatlar, prezentasiyalar hazırlamışdı.Onlar sağlam həyar tərzi keçmək üçün lazım olan bütün normalar haqqında öz çıxışlarında danışdılar. Balın,ana südünün ,vitamin mənbəyi olan bitkilərin ,idmanın xeyrindən danışan şagirdlər həmçinin kompyüter arxasında çox oturmağın, passiv həyat tərzinin ,zərərli vərdişlərin də insan orqanizminə nə qədər ziyanı olduğundan danışdılar.Sonda şagirdlər müəllimləri ilə birlikdə qərara aldılar ki,”Təmiz məktəb” aylığı keçirsinlər və ay ərzində məktəbimkizdəki bütün kağızları toplayıb lazimi yerlərə təhvil versinlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi