“Azərbaycanın biomüxtəlifliyi” adlı dəyirmi masa

2 fevral 2017-ci il tarixdə məktəbimizdə biologiya müəllimi Mirişli Adilənin təşəbbüsü ilə “Azərbaycanın biomüxtəlifliyi” adlı dəyirmi masa təşkil edildi."Dəyirmi masa"da məktəbin direktoru Tahirə xanım Şükürova, şagirdlər ,biologiya və coğrafiya müəllimləri iştirak edirdi.Şagirdlər Azərbaycan təbiətinin rəngarəngliyi,coğrafi mövqeyi,iqlim qurşaqları haqqında maraqlı təqdimatlar hazırlamışdı.Onlar Azərbaycanın qoruq və yasaqlıqları haqqında,ətraf mühitin çirklənməsi və zərərli maddələrdən təmizlənməsi yolları haqqında məlumatlar verib, təkliflər irəli sürdülər.Sonda məktəbin direktoru Tahirə xanım Şükürova təklif etdi ki,hər sinif məktəbin həyətindəki ərazidə gül-çiçək əksin.Təklif şagirdlər və müəllimlər tərəfindən bəyənildi və yaxın günlərdə məktəbin həyətində təmizlik işlərinə və gül çiçək əkməyə başlayacaqlarına söz verdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi