“Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsinin qalibi

3 may 2017-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda rayon ərazisində yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilən inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirildi.Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavinləri İ. Mahmudova, İ.Mirzəyev, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri T. Tağıyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi N. Novruzov, orta ümumtəhsil məktəblərinin müəllim heyəti və şagirdlər iştirak edirdi.Müsabiqədə R.Nəsrəddinov adına 39№-li tam orta məktəbi 8-ci sinif şagirdi Ağasızadə Nəzrin təmsil edirdi.Şagirdimiz “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda yazdığı inşa yazı müsabiqəsində fərqləndiyinə görə Fəxri Fərmanla təltif edildi.Şagirdimizi təbrik edir və ona gələcək işlərində uğurlar arzulayırıq!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi