“Oxu günü-3” tədbiri

Bildiyimiz kimi 29 aprel 2017-ci il tarixdə Heydər Əliyev mərkəzinin qarşısında Azərbaycan Respublikası Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Oxu günü-3” tədbiri keçirildi.Tədbirə Bakı şəhərinin 300-dən çox məktəbindən yalnız 60 məktəb dəvət edilmişdi,onlardan biri də bizim məktəb idi.Məktəbimiz Aşıq poeziyası janrından Aşıq Şəmşirin yaradıcılığı haqqında kompozisiya hazırlamışdı.Şagirdlərimiz məktəbin ədəbiyyat müəllimi Cəfərova Dilarənin təşkilatçılığı ilə müxtəlif obrazlar yaradaraq Dədə Şəmşir poeziyasından deyişmələr söylədilər və maraqlı çıxışlar etdilər.Tədbir ərəfəsində biz "Aşıq Şəmşir Mədəniyyət ocağına"müraciət etmişdik və mədəniyyət ocağı bizə Dədə Şəmşirin 50 ədəd “Şəmşir öyüdləri”,"Aşıq Şəmşir Səməd Vurğunu dastanı" ,”Aşıq Şəmşir yaradıcılığı ” kitablarını bağışlamışdı. Həmin gün bu kitabları biz oxuculara hədiyyə etdik. Tədbirdə Azərbaycan ictimaiyyətinin görkəmli nümayəndələri Milli Məclisin deputatı Qənirə Paşayeva və dünya şöhrətli yazıçımız Çingiz Abdullayev də iştirak edirdi.Onlar məktəbimizin şagirdlərinə yaxınlaşaraq onları dinlədikdən sonra şagirdlərimizə ürək sözlərini dedilər və birgə şəkillər çəkdirdilər.Milli Məclisin deputatı Qənirə Paşayeva məktəbimizə öz kitabını hədiyyə etdi.Məktəbimizin 7b sinif şagirdi Əsgərli Aydan Azərbaycan Televizyasına müsahibə verdi və çıxışımız xəbərlər proqramında yayımlandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi