Yazıçı Günel Anarqizi ilə görüş

Aprelin 14-də Azərbaycan Respublikası Təhsil Naziri Mikayıl Cabbarovun "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı 16 dekabr 2014-cü il tarixli,1279 nömrəli əmrinə əsasən, R.Nəsrəddinov adına 39 №-li tam orta məktəbdə “İmzalı görüş” layihəsi çərçivəsində məşhur bir nəslin nümayəndəsi, sevimli xanım yazıçımız, türkoloq, publisist Günel Anar qızı ilə görüş keçirildi. Tədbir Dövlət himninin səslənməsi ilə başladı. Sonra söz məktəbin direktoru Tahirə xanımn Şükürovaya verildi. Tahirə xanım çıxış edərək gələn qonaqları salamladı. Tahirə xanım çıxışında dedi ki, sevimli yazıçımız Günel xanım təkcə böyük bir nəslin nümayəndəsi olduğu üçün deyil həm də öz bacarığı, istedadı, qələminin gücü sayəsində oxucuların rəğbətini qazanmışdir. Bizim şagirdlərin də yazıçının “Qarabağ hekayələri ” əsərinə müraciəti təsadüfi deyil. Bu mövzu hər birimizin ağrılı yeri olduğu, dövrümüzün ən aktual problemi olduğu üçün ona müraciət etdik. Daha sonra Günel xanımın əsərinin motivləri əsasında məktəb kollektivi tərəfindən çəkilmiş film haqqında ətraflı məlumat verən Tahirə xanım bu layihənin məktəb,şagird,valideyn birliyinin qarşılıqlı zəhmətinin nəticəsi kimi dəyərləndirdi və bədii əsər üzərində ilk film çəkən 39 saylı məktəb olduğunu bildirdi.Təcrübədə hələ belə bir işin heç bir məktəb tərəfindən görülmədiyini qeyd etdi.Sonra söz uşaqlara verildi.Şagirdlər yazıçının bütün əsərləri haqqında ümumi məlumat verdilər.Yazıçının “Qarabağ hekayələrinə” daxil olan “Ağac” hekayəsindən kiçik səhnəcik nümayiş etdirdilər.”Seçilənlər”əsərinə daxil olan Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələri haqqında danışdılar.Ən sonda məktəb kollektivinin çoxdan gözlədiyi, məktəbin direktoru Tahirə xanım Şükürovanın təşəbbüsü,tarix müəllimi Tanqrıverdiyeva Gülnarənin senarisi və məzunumuz Fərid Müslümün rejissorluğu ilə Günel xanımın “Keçmişə Sarı” əsərinin motivləri əsasında çəkilən filmin təqdimatı oldu.İzləyicilər tərəfindən böyük alqışlarla bitən filmin sonunda yaradıcı heyət səhnəyə dəvət olundu.Filmin rejissoru,məktəbimizin məzunu,İstanbul-Aydın universitetinin tələbəsi Fərid Müslüm,senaristi məktəbimizin tarix müəllimi Tanqrıverdiyeva Gülnarə müəllimə və şagird-aktyorlarımız öz ürək sözlərini dedilər.Sonra söz yazıçıya verildi.Günel xanım film haqqında təəsüratlarını bölüşərək şagirdlərə və məktəb kollektivinə öz təşəkkürünü bildirdi.Məktəb rəhbərliyi və kollektiv tərəfindən göstərilən isti münasibətdən təsirləndiyini qeyd etdi.Tədbirin sonunda yazıçı şagirdlərin suallarını cavablandırdı və öz əsərlərini məktəb kitabxanasına hədiyyə etdi.Gözəl təəsüratlarla yadda qalan görüş şagirdlərin təqdimatında hazırlanmış "Mən fəxr edirəm ki,Azərbaycanlıyam"flash-mobu ilə bitdi.Tədbirdə yazıçı Günel xanımın anası AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor Zemfira xanım, Yazıçılar İttifaqının üzvü Ləman Bağırova, BŞTİ-nin nümayəndəsi Nigar Tanrıverdiyeva, Milli xəbər internet televiziyasının rəhbəri Zamin Zeynal, "Təlimə dəstək" mərkəzinin nümayəndəsi Rüstəmova Roza, jurnalist Ülviyyə Heydərova, Rusiya Mədəniyyət İnformasiya mərkəzinin mədəniyyət üzrə attaşesi Orlova Oksana Aleksandrovna,Mərkəzin Təhsil üzrə koordinatoru Natiq Əliyev, Rusiya səfirliyinin mümayəndəsi müşavir Barkov Artiom Viktoroviç iştirak etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi