“İstedad sənsən” layihəsinin qalibi

Bildiyimiz kimi, Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsi uşaq və yeniyetmələr arasında “İstedad sənsən” layihəsinin keçirilməsinə start vermişdi.Layihəni təmsil edəcək iştirakçılar dövlətimizin tarixini, mədəniyyətini, milli adət-ənənələrini, xalq tətbiqi sənətini, ifaçılıq qabiliyyətini nümayiş etdirməklə, Azərbaycanın bütün sahələr üzrə olan zənginliyini bir daha dünya xalqları arasında tanıdıb nümayiş etdirəcəkdir. Məktəbimizi bu layihədə təmsil edən 9-cu sinif şagirdi Səmayə Paşayeva yarış müsabiqəsini uğurla keçərək, yarımfinal mərhələdə iştirak etmək hüququ qazanmışdır. Qeyd edək ki, Səmayə Bakı Estetik Tərbiyə üzrə Respulika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qaleriyasının dərnək üzvüdür. 8 Mart - Beynalxaq Qadınlar Gününə həsr olunmuş təsviri və təbiqi sənət sərgisində iştirakına görə Fəxri Fərmanla təltif edilmişdi. Səmayəni təbrik edir, ona uğurlar arzulayırıq!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi