31 Mart Azərbaycanlıların Soyqırım günüdür

1918-ci il martın 31-də Bakıda gecədən başlayıb aprelin 2-dək davam edən kütləvi qırğınlarda minlərlə günahsız insan, o cümlədən çox sayda qoca, qadın və uşaq öldürülüb. Mart soyqırımı paytaxtda və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən qəddarlıqla həyata keçirilib. Rəsmi mənbələrə görə, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, 10 minlərlə insan itkin düşüb. Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur Hər il bu tarix Azərbaycanda və bütün dünyada Azərbaycanlılar tərəfindən hər yerdə xüsusi olaraq qeyd edilir. 39 №-li məktəbdə də "31 Mart Azərbaycanlıların Soyqırım günü" geniş qeyd edildi.Bütün siniflərdə ilk dərs “31 Mart Azərbaycanlıların Soyqırım günü" mövzusuna həsr edildi.Həmçinin 9-cu sinif şagirdlərinin Azərbaycan Dövlət Tarix muzeyinə məktəb direktoru Tahirə xanım Şükürova və tarix müəllimi M.Günelin iştirakı ilə ekskursiyası təşkil olundu.Muzeydə şagirdlərə 31 Mart Soyqırım günü ilə əlaqədar xüsusi dərs- mühazirə keçirildi.Bu mövzuda mühazirəni muzeyin aparıcl elmi işçisi Bəhman Kərimov,Qafqazşünaslıq institutunun şöbə müdiri Vasif Qarayev və digər məsul məsul şəxslər oxudular,şagirdlərin suallarına cavab verdilər.Bundan başqa müxtəlif siniflərdə konfrans və dəyirmi masalar da keçirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi