“İSTEDAD SƏNSƏN” layihəsi

Bildiyimiz kimi,Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsi uşaq və yeniyetmələr arasında “İSTEDAD SƏNSƏN” layihəsinin keçirilməsinə start vermişdi.. Layihəni təmsil edəcək iştirakçılar dövlətimizin tarixini, mədəniyyətini, milli adət-ənənələrini, xalq tətbiqi sənətini, ifaçılıq qabiliyyətini nümayiş etdirməklə, Azərbaycan Dövlətinin bütün sahələr üzrə olan zənginliyini bir daha dünya xalqları arasında tanıdıb nümayiş etdirəcəkdir .Məktəbimizi bu layihədə təmsil edən 7-ci sinif şagirdi Abışova Şərqiyyə yarış müsabiqəsini uğurla keçərək ,yarımfinal mərhələdə iştirak etmək hüququ qazanmışdır.Qeyd edək ki,Şərqiyyə 2016-cı ilin sentyabr ayında keçirilən Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işlərinin Respublika müsabiqəsində 1-ci yerə çıxaraq Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun imzası ilə Fəxri Fərmanla təltif edilmişdir.Şərqiyyəni təbrik edir,ona uğurlar arzulayırıq!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi