Aşıq Şəmşirin anadan olmasının 124 illik yubileyi

15.03.2017—ci il tarixdə Azərbaycan Respublikası Təhsil Naziri Mikayıl Cabbarovun "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı 16 dekabr 2014-cü il tarixli,1279 nömrəli əmrinə əsasən, R.Nəsrəddinov adına 39№-li tam orta məktəbdə ustad sənətkar Aşıq Şəmşirin anadan olmasının 124 illik yubileyinə həsr olunmuş “Şəmşir ocağı” adlı teatr - kompozisiya keçirildi.Tədbir Dövlət himninin səslənməsi ilə başladı.Sonra söz məktəbin direktoru Tahirə xanım Şükürovaya verildi.Tahirə xanım gələn qonaqları salamlayıb, Aşıq Ələsgər,Qurbani,Abbas Tufarqanlı kimi böyük sənətkarların davamçısı Dədə Şəmşirin keçdiyi həyat yolundan geniş məlumat verdi.O çıxışında qeyd etdi ki, Aşıq sənəti, ozan sənəti,bizim xalqın ən qədim mənəvi dəyərlərindəndir.Türk toponimində “Dədə” sözü “ən böyük ” deməkdir.Baxmayaraq ki, bizim çox böyük aşıqlarımız olubdur.Ancaq “Dədə” adına Dədə Qorquddan, Dədə Ələsgərdən sonra layiq olan Dədə Şəmşir olmuşdur.Təkcə bu söz Aşıq Şəmşirin necə böyük bir ustad olduğundan bizə xəbər verir. Tahirə xanım həmçinin dedi ki, ümid edirik ki , Ali Baş komandanımız İlham Əliyevin başçılığı altında Dədə Şəmşirin növbəti yubileyini Kəlbəcər torpağında qeyd edəcəyik.Biz inanırıq ki, o gün uzaqda deyil! Sonra söz şagirdlərə verildi.Simvolik Ana obrazını yaradan məktəbin azərbaycan dili müəllimi Cəfərova Dilarə “övladları”-yəni 7-ci və 10-cu sinif şagirdləri ilə birgə ilk öncə Aşığın böyüyb boya- başa çatdığı,mənfur düşmən tapdağı altındakı Kəlbəcər torpağı haqqında, Ağdaban faciəsi haqqında danışdılar.Dədə Şəmşirin həyat yolu haqqında geniş məlumat verdilər.Onun həyat yoldaşı Güllü anaya olan sevgisinin,münasibətinin bugünkü gənclər üçün örnək olduğundan danışdılar. Şagirdlər həmçinin qeyd etdilər ki, Ümummilli liderimiz Heydər Əliyev siyasətinin layiqli davamçısı ,ölkə Prezidentimiz İlham Əliyev də qədim aşıq sənətinin yaşadılması,qorunması,nəsildən-nəsilə çatdırılması üçün hər şey etmişdir.Hörmətli prezidentimizin layiqli silahdaşı ,vitse – prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə aşıq sənəti YUNESKO tərəfindən tanınmış və dünyanın layiqli irsi siyahısına edilmişdir.Aşıq sənəti və bu sənəti yaşadan insanlar daim xalqımız və dövlətimiz tərəfindən əziz tutulmuşdur. Onlara hər zaman böyük diqqət göstərilmiş,yaradaıcılıqları dəyərləndirilmişdir.Tədbirin sonunda söz gələn qonaqlara verildi.BŞTİ-nin nümayəndəsi, Ümumi Təhsil sektorunun müdiri Lamiyə Şərəfxanova çıxış edərək, məharətlə aşıq sənətinin bütün incəliklərindən ustalıqla danışan, Dədə Şəmşir haqqında mükəmməl məlumatlar verən şagirdlərə və Dilarə müəllimə öz təşəkkürünü bildirdi.Sözünün sonunda Lamiyə xanım şagirdlərimizi BŞTİ-nin təşkil etdiyi milli mənəvi mədəniyyətimizi özündə əks etdirən tədbirlərdə iştirak etməyə dəvət etdi.Sonra söz Aşıq Şəmşir Mədəniyyət ocağının sədr müavini Həbib Misirova verildi. Həbib müəllim də Şəmşir ocağının istisinə yığışanlara öz ürək sözlərini dedikdən sonra məktəbin direktoru Tahirə xanımı “Dövlətçiliyimizin, təhsilimizin, mədəniyyətimizin və milli mənəvi dəyərlərimizin qorunmasında və təbliğindəki dəyərli xidmətlərinə görə” Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyinin Təşəkkürnaməsi ilə təltif etdi.Tədbirdə həmçinin Əməkdar jurnalist, şair publisist, “Ədəbiyyat” qəzetinin redaktor müavini Adil Cəmil,” Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müşaviri, YAP-ın ilk partiya təşkilatının sədri Xeyrulla Hümbətov, Milli xəbər internet televiziyasının rəhbəri Zamin Zeynal, “Dünya” qəzetinin baş redaktoru Füzuli Ramazanoğlu, “Həftə içi” qəzetinin müxbiri Qələndər Xaçınçaylı, həkim bəstəkar Nəvvab Sadıqov və digər qonaqlar da iştirak edirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi