“Təhsili dəyərə çevirək” devizi altında tədbir

Məktəbimizdə “Təhsili dəyərə çevirək” devizi altında tədbirlər davam edir.Dünən 8 Mart Beynəlxalq Qadınlar günü ərəfəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycanın milli mədəni irsinin,ədəbiyyat və incəsənətinin qorunmasında,beynəlxalq səviyyədə təbliğ olinmasında müstəsna rolu” adlı ingilis dili müəllimi Ə.Şəhlanın təşkil etdiyi konfrans keçirildi. Şagirdlər M.Əliyevanın çox şaxəli fəaliyyəti haqqında topladıqları məlumatlardan danışaraq qeyd etdilər ki,Mehriban xanımın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması Azərbaycan qadınının cəmiyyətdə tutduğu yüksək statusu göstərir.Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanı özünü insanların firavan yaşamasına həsr etmiş nadir insanlardan hesab etmək olar.Şagirdlər Heydər Əliyev Fondunun geniş fəaliyyətindən danışaraq dedilər ki, bu istiqamətdə görülmüş işlər, inşa edilmiş Muğam Mərkəzi, konsert zalları, musiqi liseyləri,hər il keçirilən Qəbələ musiqi festivalı, həmçinin I Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün tarixi hadisədir.Həmçinin Fondun əsas istiqamətlərindən biri olan uşaq problemlərinin həllindən danışan şagirdlər bu təşkilat tərəfindən yüksək standartlara cavab verən məktəblər, xəstəxanalar, Talassemiya Mərkəzinin inşa olunduğunu vurğuladılar.Mehriban Əliyevanın təşəbbüsü ilə bir çox ölkələrdə uşaqlar və ahıllar evlərinə maddi və mənəvi yardımlar edildiyi, əlil uşaqların cəmiyyətə inteqrasiya olunması üçün yay düşərgələrinin təşkil olunduğu, qanvermə və insulin paylaşdırılması proqramlarının həyata keçirildiyi barədə məlumat verdilər.Mehriban xanımı ölkə başçısı ilə ictimaiyyət arasında ən mahir əlaqələndirici hesab etmək olar.Onun irəli sürdüyü bir çox təşəbbüslər dövlət və vətəndaş birliyinin təmin edilməsində mühüm rol oynadığından danışan şagirdlər Mehriban xanımın həm də gözəl ana,qadın olduğunu dedilər.Onun simasında bütün anaları bütün məktəb müəllimlərini təbrik etdilər.Konfransın sonunda şagirdlər sözü məktəbimizin direktoru Tahirə Şükürovaya verdilər.Tahirə müəllimə çıxışında öz növbəsində Mehriban xanımı 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibətilə təbrik edərək yeni vəzifəsində ona uğurlar arzuladı.Tahirə müəllimə çıxışında vurğuladı ki,yenilənən Azərbaycana yeni məktəb şüarı məhz Mehriban xanım Əliyeva tərəfindən irəli sürülmüş,Heydər Əliyev fondunun dəstəyi ilə Azərbaycanda 500-dən çox məktəb tikilib istifadəyə verilmişdir.Bu təşəbbüsə dövlətimiz də qoşulmuşdur.Məhz buna görə bu gün Azərbaycan balalarının əksəriyyəti yeni təmir olunmuş məktəblərdə təhsil alırlar.O şagirdlərə minnətdarlıq edərək bildirdi ki, onlar Mehriban xanımın çoxşaxəli fəaliyyətini hərtərəfli əks etdirən maraqlı məlumatlar hazırlamışlar.Sonda Tahirə Şükürova bildirdi ki,tezliklə Ali Baş Komandanımız İlham Əliyevin başçılığı ilə torpaqlarımız düşmən tapdağı altından azad olacaq və biz Mehriban xanımı növbəti dəfə o torpaqlardan təbrik edəcəyik!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi