5 mart Bədən tərbiyəsi və İdman günü münasibətilə tədbir

Bildiyimiz kimi Martın 5-i Azərbaycan Respublikasında Bədən Tərbiyəsi və İdman Günü qeyd olunur. Bu tarix “5 mart Bədən tərbiyəsi və İdman günü” Prezident İlham Əliyevin “Bədən tərbiyəsi və İdman günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir.Azərbaycanda Bədən tərbiyəsi və İdman gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb. Heydər Əliyev həmin gün “İdman Fondu”nu təsis edib. Bununla da bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub.Ölkəmizdə idmanın inkişafı isə ildən-ilə geniş vüsət alır.Milli Olimpiya Komitəsinin sədri,ölkə Prezidentimiz İ.Əliyevin rəhbərliyi altında regionlarımızda Milli Olimpiya mərkəzləri fəaliyyət göstərir.Bunun nəticəsidir ki,paytaxtımız artıq neçə ildir ki,beynəlxalq olimpiadalara ev sahibliyi edir. 5 mart “Bədən tərbiyəsi və idman günü” ilə əlaqədar olaraq respublikamızda müxtəlif yarış və tədbirlərə start verilir.Bu gün bizim məktəbimizdə də bu münasibətə idman müəllimlərimizin təşəbbüsü ilə geniş konfrans keçirildi.Tədbir dövlət himnimizin səslənməsi ilə başladı.Sonra idman müəllimlərimiz M.Eldar və S.Akif çıxış edərək fiziki aktivliyin,idmanın insan orqanizminə müsbət təsirindən,sağlam həyat tərzinin vacibliyindən danışdılar.Sonra 5-ci sinifdə S.Eldarın fiziki tərbiyədən açıq dərsi oldu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi