Azərbaycan tarixi,etnoqrafiyası,mədəniyyət və incəsənəti

2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsi öz fəaliyyətlərini”Təhsili Dəyərə Çevirək”adlı devizi altında həyata keçirir.Bu məqsədlə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində müxtəlif Ekoloji layihələrin həyata keçirilməsi planlaşdırılmışdır. Keçirilməsi nəzərdə tutulan layihələrdən biri də “Ekoloji aylıqlar” layihəsidir. Layihə çərçivəsində 2016/2017-ci tədris ilinin fevral ayı “Azərbaycan tarixi,etnoqrafiyası,mədəniyyət və incəsənəti”mövzusunda müxtəlif tədbirlərin həyata keçirilmısi planlaşdırılmışdı.Bu istiqamətdə məktəbimizdə bir sıra tədbirlər keçirildi,tarixi yerlərə,abidələrə ekskursiyalar təşkil olundu,qəzetlər çap olundu.28.02.2017-ci il tarixdə məktəbimizin tarix müəllimi M.Günelin 7-ci sinifdə “Azərbaycan tarixi,etnoqrqafiyası,qədim şəhərləri ədəbiyyat və incəsənəti mövzusunda açıq dərsi oldu.Dərsin özəlliyi ondan ibarət idi ki,şagirdlərin özləri müəlliminin müdaxiləsi olmadan mövzu ətrafında müzakirələr apardılar,fikir mübadiləsi yürütdülər.Azərbaycanın qədim şəhər və abidəlır haqqında geniş məlumatlar verdilər.Bir sözlə,uşaqlar özləri şagird- müəllim rolunu məharətlə ifa etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi